Azərbaycan Dövlət Rəqs Ansamblının yeni proqramı Bütöv Azərbaycanın zəngin mədəniyyətindən, bu irsin əsrlərlə qorunmasından bəhs edir. Tamaşada Doğma Qarabağı yağı düşmənlərin işğalından azad edən, vətənpərvər olan igidlərin cəsurluğundan söz açılacaq. Ən qədim rəqs nümunələrimiz və musiqilərimiz səhnədə nümayiş etdiriləcək. Bütöv Azərbaycanın bölgə bölgə rəqsləri səhnədə yeni tərzdə canlanacaq.